Misir prezidenti: “Vaxt itkisi Qəzzada atəşkəsin əldə olunmasını çətinləşdirir”

Misir prezidenti: “Vaxt itkisi Qəzzada atəşkəsin əldə olunmasını çətinləşdirir”
# 02 avqust 2014 11:51 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Misir prezidenti vaxt itkisinin Qəzzada atəşkəsin əldə olunmasını çətinləşdirdiyini deyib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Misir prezidenti Əbdül Fəttah əl-Sisi Qahirədə İtaliyanın baş naziri Matteo Renzi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Misir prezidenti qeyd edib ki, ölkəsinin irəli sürdüyü sülh planı İsrail və HAMAS arasında atəşkəsin əldə olunması və Qəzza böhranının real həllinin tapılması üçün yaxşı fürsətdir: “Lakin vaxt itkisi vəziyyəti daha da çətinləşdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR