Orxan Kamalın bəzi əsərlərinin nəşr hüququ Tərcümə Mərkəzinə veriləcək

Orxan Kamalın bəzi əsərlərinin nəşr hüququ Tərcümə Mərkəzinə veriləcək
# 13 noyabr 2014 13:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn türk yazıçısı Orxan Kamalın oğlu İşıq Öğütçü ilə görüşüb.

Mərkəzdən APA-ya verilən məlumata görə, görüş zamanı İ.Öğütçü atasının bəzi əsərlərinin nəşr hüququnun Tərcümə Mərkəzinə verilməsi üçün lazım olan köməyi əsirgəməyəcəyini bildirib.

O qeyd edib ki, Azərbaycanda belə bir Mərkəzin yaradılması təqdirəlayiq haldır: “Nə xoş ki, dünyada tərcümə işi ilə məşğul olan belə ciddi təşkilatlar mövcuddur. Məsələn, mən bu yaxında Çində oldum, orada atamın 4 kitabını tərcümə və çap ediblər. Çox istərdik ki, dünyanın bütün aparıcı dillərinə çevrilən Orxan Kamalın əsərlərinə qardaş ölkə olan Azərbaycanda xüsusi diqqət ayrılsın. İnanıram ki, məhz Tərcümə Mərkəzi kimi mötəbər bir qurum bu işin öhdəsindən peşəkarlıqla gələ bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR