MİDA-nın direktoru: "Hövsanda tikiləcək binalarda 3300 mənzil olacaq"

MİDA-nın direktoru: "Hövsanda tikiləcək binalarda 3300 mənzil olacaq"
# 01 mart 2017 08:49 (UTC +04:00)

"Hövsan qəsəbəsində ayrılan torpaq sahəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi binalarda 3100-3300 yaşayış mənzili olacaq". "APA-Economics" xəbər verir ki, bunu MİDA-nın direktoru Samir Nuriyev "Caspian Euopean Club"da çıxışı zamanı bildirib.

S.Nuriyev bildirib ki, ümumiyyətlə vətəndaşlara veriləcək evlərlə bağlı qeydiyyat növbəlilik prinsipi əsasında olmayacaq: "Tez qeydiyyatdan keçən daha tez mənzilə sahib olacaq. Mənzillər tam təmirli, mətbəx mebeli ilə birgə veriləcək. Yaşayış massivləri hazır olduqdan sonra onların idarəedilməsi ilə bağlı MİDA MMC öz təkliflərini verəcək".

Onun sözlərinə görə, Bakının 3, Sumqayıtın isə 1 ASAN xidmət mərkəzlərində MİDA əməkdaşları vətəndaşların suallarını cavablandırmaq, onları məlumatlandırmaq üçün olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR