Bakı. Hafiz Heydərov – APA. Quba sakininin əlində patron partlayıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də Quba rayon sakini Sahil Ağayev Hacıqabul rayonu “Muşovdağ” adlandırılan ərazidən tapdığı patronla ehtiyatsız davrandığından partlayış baş verib.
S.Ağayev əlindən və ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.