Azərbaycanda ötən il qanunsuz quraşdırılan proqram təminatının səviyyəsi 85% olub

Azərbaycanda ötən il qanunsuz quraşdırılan proqram təminatının səviyyəsi 85% olub
# 25 iyun 2014 08:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Kompüter istifadəçiləri zərərli proqramlardan irəli gələn risk təhlükəsinin əsas səbəbini lisenziyasız proqram təminatından istifadəsində görürlər. Narahatçılıq doğuran əsas amillər sırasında haker müdaxiləsi və məlumat itkisi risklərini qeyd etmək olar. Bununla belə, 2013-cü ildə qanunsuz quraşdırılan proqram təminatının səviyyəsi 85% təşkil edib.

Bunu “APA-Economics”ə Proqram Təminatı İstehsalçıları Assosiasiyasının (BSA) Azərbaycandakı Nümayəndəliyindən bildiriblər.

“Lisenziyasız proqram təminatından istifadənin riskləri haqqında istifadəçilərin məlumatlandırılması ildən-ilə artır və Azərbaycanda 2005-ci ildən lisenziyasız proqram təminatının istifadə səviyyəsi son 9 ildə 9% azalıb. Lakin lisenziyasız proqram təminatının istifadə səviyyəsinin 85% olması hələ də yüksək göstəricidir. İndi həm dövlət, həm biznes, həm də istifadəçilər tərəfindən lisenziyasız proqram təminatının istifadə səviyyəsinin azaldılmasına güc sərf etməyin vaxtıdır. Proqram aktivlərinə nəzarət və planlı iş müəlliflik hüquqları haqqında qanun pozuntularının ümumi səviyyəsini azaltmağa, mühüm risklərdən qaçmağa və hətta öz xərclərini azaltmağa kömək edəcək”, - deyə BSA-nın Azərbaycandakı nümayəndəsi Nəriman Ramazanov bildirib.

“Proqram təminatı bazarının qlobal tədqiqatı” iki ildən bir BSA-nın sifarişi ilə IDC şirkəti tərəfindən keçirilir; bu il 34 bazarın fərdi kompüter istifadəçisi, o cümlədən təxminən 22 min fərdi və korporativ kompüter istifadəçisi və daha 2 min İT-rəhbər sorğuda iştirak edib.

Tədqiqatın əsas nəticələr sırasında Azərbaycanda zəruri lisenziya olmadan quraşdırılmış proqram təminatının payının 2013-cü ildə 85% təşkil etdiyi də yer alıb. Bu göstərici 2011-ci ildəkindən 2% bəndi aşağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR