Novruz Məmmədov: “Dünyada erməni lobbisinin təsirində olan bəzi siyasətçilər və qurumlar Azərbaycana qarşı kampaniyalar aparırlar”

Novruz Məmmədov: “Dünyada erməni lobbisinin təsirində olan bəzi siyasətçilər və qurumlar Azərbaycana qarşı kampaniyalar aparırlar”
# 17 mart 2014 08:39 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib. O bildirib ki, həmvətənlərimiz keyfiyyət baxımından da beynəlxalq aləmdə güclənir və təşkilatlar daxilində daha yüksək vəzifələrə irəli çəkilirlər: “Yaxşı olardı ki, beynəlxalq təşkilatlarda çalışanların toplantısı ənənəvi hal alsın. Bununla həm bir-birinizlə, həm də Azərbaycandakı təsisat və qurumlarla əlaqələr, əməkdaşlıq daha da genişlənər. Bunun üçün hər hansı bir forma yaradıla bilər. Hər biriniz olduğunuz ölkədə, işlədiyiniz təşkilatda Azərbaycan xalqının bir nümayəndəsi, səfirisiniz. Bu nöqteyi-nəzərdən bir azərbaycanlı kimi sizin də üzərinizə məsuliyyətli iş düşür. Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Onların təsir dairəsində olan bəzi siyasətçilər, mətbu orqanlar, ictimai qurumlar, Azərbaycana qarşı kampaniyalar aparırlar. Azərbaycan reallıqlarını tətbiq etmək üçün uydurmalar, düzgün olmayan məlumatlar yayırlar, yalanlar, böhtanlar yazırlar. Beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı “qara piar”la məşğul olurlar. Azərbaycanın haqlı mübarizəsində vətənin bir övladı kimi sizin üzərinə mühüm vəzifə düşür”.

N. Məmmədovun sözlərinə görə, bu gün dünyanın 57 ölkəsində Azərbaycanın səfirlikləri, 10 ölkədə baş konsulluğu fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda 50-dən çox dövlətin səfirliyi, 3 ölkənin baş konsulluğu fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR