Azərbaycanın İsveçrədəki səfiri Kantonlar Şurasının sədri ilə görüşüb - FOTO

Azərbaycanın İsveçrədəki səfiri Kantonlar Şurasının sədri ilə görüşüb  - <span style="color: red;">FOTO
# 29 yanvar 2014 07:20 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı İsveçrə parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının sədri Hannes German ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İsveçrə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Səfir Əkrəm Zeynallı öncə Hannes Germanı Kantonlar Şurasının sədri seçilməsi münasibətilə təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edib, bu çərçivədə hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyətini və qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. İsveçrə parlamentində cəmi 18 dostluq qrupunun fəaliyyət göstərdiyini bildirən səfir Əkrəm Zeynallı, bunlardan birinin İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun olmasını sevindirici hal kimi qiymətləndirib.

Kantonlar Şurasının sədri Hannes German ölkəsinin Azərbaycanı dost və qardaş ölkə hesab etdiyini və münasibətlərin müxtəlif sahələrində inkişafında maraqlı olduğunu bildirib.

Görüşdə səfir Əkrəm Zeynallı Hannes Germanı İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupuna üzv olmağa dəvət edib və Kantonlar Şurasının sədri bu təklifi məmnuniyyətlə qəbul edib.

Görüşdə həmçinin Azərbaycanla İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlərdən, o cümlədən hər iki ölkədə çalışan şirkətlərin fəaliyyətindən söz açılıb, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR