Şirvanda intihar hadisəsinin qarşısı alınıb - VİDEO

Şirvanda intihar hadisəsinin qarşısı alınıb - <span style="color: red;">VİDEO
# 31 mart 2014 18:46 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhəri ərazisində yaşlı qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gəlmiş yanğınsöndürən-xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən həmin şəxsin təxminən 15 metr hündürlükdən özünü aşağı atmaq niyyətində olduğu məlum olub.

Yanğınsöndürən-xilasedicilər qadınla aparılan danışıqlar zamanı yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar. Xilasetmə əməliyyatı saat 20:02-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR