Qazaxda sahibkarlar üçün «Logistika» mövzusunda treninq keçirilib

Qazaxda sahibkarlar üçün «Logistika» mövzusunda treninq keçirilib
# 20 fevral 2013 16:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar üçün «Logistika» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqdə logistikanın mahiyyəti və məqsədi, logistik idarəetmə, nəqliyyatın, anbar təsərrüfatının, mal ehtiyatının, kommersiya fəaliyyətinin, kadrların, informasiya sisteminin səmərəli idarə edilməsində logistika sahəsində mütəxəssislərin vəzifələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, logistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu və s. barədə sahibkarlara ətraflı məlumat verilib.

Tədbirdə iştirakçıları həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, onlardan istifadə qaydaları və s. barədə məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR