Meksikada baş verən yol qəzasında 100 nəfər xəsarət alıb

Meksikada baş verən yol qəzasında 100 nəfər xəsarət alıb
# 15 avqust 2014 02:52 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, fəhlələri aparan yük maşını bir neçə avtomobilə çırpılıb.

Toqquşma nəticəsində hər birində 40 nəfərdən çox adam olan dörd yük avtomobilinə ziyan dəyib. Yüngül xəsarət alanlara hadisə yerində tibbi yardım göstərilib. 3 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə səbəbkarı sayılan sürücü qəza yerindən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR