Bank Of Baku

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
# 24 oktyabr 2026 19:47 (UTC +04:00)

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilir.

Apasport.az xəbər verir ki, tədbirdə çıxış edən turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışla bağlı fikirlərini bölüşüb.

O, Azərbaycanın 189 ölkənin milli komandalarını bir araya gətirən ilk dünya çempionatına ev sahibliyi etməsindən qürur duyduğunu bildirib:

“Milli Təşkilat Komitəsi adından FIFA-nın 15 yaşınadək oğlanlar arasında ilk dünya çempionatı və festivalında hər birinizi salamlamaq mənim üçün xüsusi şərəfdir.

Azərbaycan 189 ölkənin milli komandalarını bir araya gətirən bu ilk dünya çempionatına ev sahibliyi etməkdən sonsuz qürur duyur. Bu gün Yer kürəsinin demək olar ki, hər guşəsindən olan yeniyetmə futbolçular böyük şərəfə nail olublar: onlar öz ölkələrini dünya çempionatı səhnəsində təmsil edirlər.

FIFA-nın və prezident Canni İnfantinonun gələcəyə hesablanmış bu təşəbbüsünü, həmçinin Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR