Bank Of Baku

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib
# 20 sentyabr 2026 23:09 (UTC +04:00)

Türkiyə Super Liqasında VI tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün "Beşiktaş" meydana çıxıb.

Komanda səfərdə "Amed"un qonağı olub. Meydan sahibləri oyuna fəal başlayıb. Diyarbakır təmsilçisi ilk hissədə iki cavabsız qol vurub.

İkinci yarı qonaqların üstünlüyü ilə keçib. Matçın gedişində meydan sahibləri azlıqda qalıb. Buna baxmayaraq "Amed" 3:2 hesablı qələbə qazanmağı bacarıb.

Qeyd edək ki, "Amed" 13 xalla turnir cədvəlinin lideridir. "Beşiktaş" isə 12 xalla 3-cü pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR