Bakıda qohumunu güllələyən şəxs həbs edilib

Bakıda qohumunu güllələyən şəxs həbs edilib
# 27 fevral 2012 08:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda qohumunu güllələyən şəxs həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumata görə, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə axtarışda olan İsmayıl Hümbətov tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, məlum hadisə fevralın 7-də qeydə alınıb. Xətai rayon sakini Müqabil Əliyevin evinə qonaq gələn qohumu, Beyləqan rayon sakini İsmayıl Hümbətov münaqişə zəminində ov tüfəngindən atəş açaraq ev sahibinə xəsarət yetirib.
İ. Hümbətov daha sonra hadisə yerindən qaçıb. Müqabil Əliyev isə xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR