Bakıda maşın ustası özünü asıb

Bakıda maşın ustası özünü asıb
# 27 iyun 2012 06:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda maşın ustası iş yerində intihar edib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Hadisə Binəqədi rayonu, Rəşid Əliyev küçəsi, 1 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən avtomobil təmiri sexində işləyən, 36 yaşlı Əli Əkbər oğlu Abbasəliyev iş yerində özünü asıb. Mərhumun özünə qəsd etməsinin dəqiq səbəbləri məlum olmasa da, onun üzərindən məktub tapılıb. Məktubda o, ölümündə heç kimin günahkar olmadığını, həyatdan bezdiyini qeyd edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR