Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 2 şəxs xilas olunub

Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 2 şəxs xilas olunub
# 09 aprel 2014 03:34 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda bu gecə doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 02:10-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR