Avropa Parlamentində “Partner” fondunun təqdimatı keçirilib - FOTO

Avropa Parlamentində “Partner” fondunun təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 09 dekabr 2013 13:31 (UTC +04:00)

Bakı - APA. Avropa Parlamentində “Partner” Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondunun təqdimatı keçirilib.

Fonddan APA-ya verilən məlumata görə, yunanıstanlı avroparlamentari Niki Tzavelanın ev sahibliyi etdiyi dəyirmi masada ARDNŞ-nin Belçika nümayəndəliyinin əməkdaşları, Avropada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyasının (AYAPE) sədri Ziya Əliyev, Avropa Azərbaycan Cəmiyyətinin Brüssel nümayəndəliyinin rəhbəri Roman Huna, “Statoil” şirkətinin nümayəndələri və azərbaycanlı gənclər iştirak ediblər.

Tədbir zamanı Avropa Parlamentində və digər beynəlxalq təşkilatlarda təcrübə keçən azərbaycanlı gənclər və təcrübə layihəsinin icrası ilə məşğul olan AYAPE idarə heyəti arasında fikir mübadiləsi oldu, təcrübə proqramının işi dəyərləndirilib.

Ziya Əliyev təcrübə layihəsini və layihənin sponsoru “Partner” Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondunu qonaqlara təqdim edib. Eləcə də, 2013-cü ilin birinci yarısında AzeDer tərəfindən təşkil olunan təcrübə layihəsi haqda qısa videoçarx nümayiş olunub. AzeDer təşkilatının gələcək planları, genişləndirilmə məsələlərindən danışan Z.Əliyev yeni sahələr, siyasi idarələrlə yanaşı, biznes qurumlarında təcrübə imkanlarının yaxın zamanda reallaşacağını qeyd edib.

“Statoil” şirkətinin Avropa Birliyi üzrə mütəxəssisi Pol Qirk şirkətin təqdimatını keçirib, orada karyera imkanlarından, gələcəkdə mümkün əməkdaşlıqdan danışıb.

Roman Huna “Avropa Şurasının üzvü olduğunuz üçün siz də azərbaycanlısınız” şəklində münasibət bildirib. Bununla yanaşı, Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyətindən və azərbaycanlı gənclərlə əməkdaşlıq üçün aparılan hazırlıqlardan danışıb: “Bu qədər bacarıqlı, dinamik və enerji dolu azərbaycanlı gənci bir arada, ələlxüsus da, Avropa Parlamentində görməkdən məmnunam”.

Təcrübə proqramı ilə bağlı fikirlərini bölüşən sabiq avroparlamentari Frank Şvaba-Hot xaricdə yaşamağın və təcrübə keçməyin vacibliyini vurğulayıb: “Siyasətdə olduğum 50 il ərzində tanıdığım ən maraqlı insanlar həyatlarının ən azı bir neçə ayını başqa ölkədə, fərqli mühitdə keçiriblər. Bunun əhəmiyyəti, şübhəsiz ki, danılmazdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR