Azərbaycanda bank depozitlərinin həcmi 19% artıb

Azərbaycanda bank depozitlərinin həcmi 19% artıb
# 17 yanvar 2014 09:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2013-cü il dekabrın 1-nə 12 432,7 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,4% artıb. O cümlədən, ötən ilin əvvəlindən depozitlərin həcmi 16,2%, təkcə noyabrda isə 3,2% artıb.

Depozitlərin tərkibində 6 419,6 mln. manat və ya 51,6% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2012-ci ilin dekabrın 1-nə nisbətən 34,8% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi ötən ilin dekabrın 1-nə 6 013,1 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 6,5% çoxdur.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 3 250,2 mln. manat və ya 54,1% maliyyə təşkilatların depozitləri, 2 762,9 mln. manat və ya 45,9% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşüb. Qeyd edək ki, illik müqayisədə maliyyə təşkilatlarının depozitləri 18,1% artıb, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 4,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR