Bakıda İSO 9001 standartının yeni versiyası üzrə təlim keçiriləcək

Bakıda İSO 9001 standartının yeni versiyası üzrə təlim keçiriləcək
# 02 iyun 2014 12:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyunun 18-19-da Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə keyfiyyət idarəetmə sistemlərinə tələbləri müəyyən edən İSO 9001 standartının yeni versiyası üzrə bir günlük təlim həyata keçirəcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, İSO 9001 standartının yeni versiyası artıq təsdiqlənib və 2015-ci ildən tətbiq ediləcək. Bu baxımdan Azərbaycanda keçiriləcək bu təlim regionda ilk dəfə reallaşacaq.

İSO 9001 standartının və ona edilən dəyişikliklərin müəllifi BSİ. Təlimçi qismində Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) TC 176 texniki komitəsinin üzvü və bu standartın yenilənməsində bilavasitə iştirak edən Britaniya Standartlar İnstitutunun MDB ölkələri üzrə direktoru beynəlxalq səviyyəli mütəxəssis Dmitriy Yartsev iştirak edəcək.

Təlimin məqsədi ən geniş yayılmış İSO 9001 standartına edilmiş yeniliklər barədə məlumat vermək, eyni zamanda təlimin əsas məqsədi rahat və idarəolunan keçidi təmin edə biləcək yeni prinsiplərin anlaşılmasını təmin etmək və nəticədə biznes prosesləri ilə keyfiyyət idarəetmə sistemlərinin inteqrasiyasının səviyyəsinin yüksəldilməsi hesabına xərclərin azaldılmasından ibarətdir.

Təlimlərin nəticələrinə əsasən imtahan keçiriləcək və imtahanı uğurla başa vuran iştirakçılar beynəlxalq sertifikatlarla təltif olunacaqlar. Təlimdə iştirak etmək təşəbbüsü yaranarsa, bu barədə məlumatı iyunun 10-dək Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna təqdim edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR