Kristofer Pinçer: “Neftdən əldə edilən gəlirlərdən tək paytaxt yox, Azərbaycanın bölgələri də faydalanıb”

Kristofer Pinçer: “Neftdən əldə edilən gəlirlərdən tək paytaxt yox, Azərbaycanın bölgələri də faydalanıb”
# 31 may 2014 13:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanın bölgələrinin inkişafı göstərir ki, neftdən əldə edilən gəlirlərdən tək paytaxt yox, bölgələr də faydalanıb”.

Bunu j Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer deyib.

Qəbələdə 3 il öncə olduqlarını diqqətə çatdıran K. Pinçerin sözlərinə görə, ötən müddət ərzində rayonda yeni yollar salınıb, su və kommunikasiya xətləri yenilənib: “Biz Qəbələdə Niç kəndində Udin kilsəsində də olduq. Kiçik icma üçün kilsənin olması Azərbaycanın tolerant və dünyəvi ölkə olduğunu bir daha təsdiqləyir”.

K. Pinçer 1 il əvvəl olduqları Gəncə şəhərində də bu dəfə böyük inkişafa şahidlik etdiklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR