Allahşükür Paşazadə Vladimir Putinə təşəkkür edib

Allahşükür Paşazadə Vladimir Putinə təşəkkür edib
# 23 oktyabr 2013 09:06 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Rusiya dünya miqyasında müsəlmanların yüksək hörmətini və etimadını qazanıb”. Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bunu QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Ufa şəhərində keçirilən Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin 225 illiyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib. O deyib ki, Rusiya İslam dünyasına və mədəniyyətinə ehtiramla yanaşır: “Bu, özünü Suriya məsələsinin siyasi həlli zamanı göstərib. Biz müsəlmanlar Vladimir Vladimiroviçə bu sülhməramlı missiyaya görə dərin təşəkkürlərimizi bildiririk. Rus Pravoslav Kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək biz patriarx Kirill ilə xalqlarımızın və dövlətlərimizin xeyrinə, MDB ölkələrində konfessiyalar və xalqlararası sülhün möhkəmləndirilməsinə xidmət edən əməkdaşlığımızı daha da dərinləşdirmək niyyətindəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR