Şabran və Siyəzən dağlarında 459 hektar ərazi yanıb - FOTOSESSİYA

Şabran və Siyəzən dağlarında 459 hektar ərazi yanıb - <span style="color: red;">FOTOSESSİYA
# 26 iyul 2013 07:13 (UTC +04:00)

Siyəzən rayonunun Yenikənd, Yenibulaq kəndləri yaxınlığında başlayan yanğın Şabran rayonunun Ağbaş kəndinə qədər davam edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, əraziyə Şabran və Siyəzən rayonlarının Dövlət Yanğın Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi cəlb olunub. Gecə saatlarında yanğının qarşısı tam alınıb. Ətraf kəndlərdə yaşayan sakinlərə ziyan dəyməyib. Yaxınlıqdakı meşə zolağı da yanğından mühafizə olunub. Yanğın ümumilikdə, 459 hektar ərazini əhatə edib. Yanan ərazi Şabran və Siyəzən rayon bələdiyyələrinə məxsusdur. Əhali həmin yerdən mal-qara otarmaq üçün istifadə edir. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR