FHN Gəncədə intihara cəhd edən məcburi köçkünün xilas edilməsi barədə məlumat açıqlayıb

FHN Gəncədə intihara cəhd edən məcburi köçkünün xilas edilməsi barədə məlumat açıqlayıb
# 12 fevral 2014 13:31 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə intihara cəhd edən məcburi köçkünün xilas edilməsi əməliyyatı ilə bağlı məlumat açıqlayıb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər kişinin 2 azyaşlı uşağı ilə beşmərtəbəli binanın damına çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü və uşaqlarını yaşayış binasının damında yandırmaq istəyir. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil veriliblər. Xilasetmə əməliyyatı saat 10:42-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR