Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Şamaxıda vətəndaşları qəbul edəcək
# 24 fevral 2014 10:30 (UTC +04:00)

Bakı - APA. Gənclər və İdman naziri Azad Rəhimov fevralın 25-də Şamaxı rayonunda qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul Şamaxı Olimpiya Mərkəzində saat 11.00-da başlayacaq.

Qəbulda Şamaxı, Abşeron, Qobustan, Xızı rayonları və Sumqayıt şəhərindən olan sakinlər iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR