Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, qısamüddətli yağışlar yağacaq

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, qısamüddətli yağışlar yağacaq
# 21 may 2013 10:39 (UTC +04:00)

Mülayim cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 22-də əsasən cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Yaxın bir neçə gün respublikanın əksər rayonlarında temperaturun əlverişli olması kənd təsərrüfatı bitkilərinin inkişafını və boy atmasını təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR