Azərbaycanın bir neçə rayonunda qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycanın bir neçə rayonunda qaz təchizatı məhdudlaşdırılacaq
# 02 may 2014 08:06 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonundan qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 12:00-dək Qəbələ rayonuna, saat 13:00-dan 15:00-dək Oğuz rayonunun bir hissəsinə, həmçinin qaz kəmərində təmir işlərinin aparılması ilə əlaqədar saat 18:00-dək Qaradağ rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR