Nigerin paytaxtında silahlı dəstə həbsxanaya hücum edib

Nigerin paytaxtında silahlı dəstə həbsxanaya hücum edib
# 01 iyun 2013 19:55 (UTC +04:00)

Bakı-APA. Nigerin paytaxtında silahlılar həbsxanaya hücum edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nigerin rəsmi qurumlarının məlumatında bildirilir.

Ölkənin ədliyyə naziri Maru Amadu “Frans Press” agentliyinə açıqlamasında bildirib ki, hücum nəticəsində iki mühafizəçi qətlə yetirilib. Həbsxananın ciddi mühafizəsinə baxmayaraq, silahlılar binaya keçə bilib.

Xatırladaq ki, bir neçə gün əvvəl terrorçu-kamikadzelərin Aqadesadakı hərbi bazada və Fransa şirkətinin çalışdırdığı mədəndə törətdikləri partlayışlar nəticəsində 20 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR