Azərbaycan prezidenti Misirin yeni seçilmiş prezidentini təbrik edib

Azərbaycan prezidenti Misirin yeni seçilmiş prezidentini təbrik edib
# 09 iyun 2014 15:09 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Misir Ərəb Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram. Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikasını, xalqlarımızı dərin tarixi kökləri olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, bu münasibətlər ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da möhkəmlənəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, Misir Ərəb Respublikasına isə daim firavanlıq və tərəqqi diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR