Polis Moskvanın “Sadovod” bazarına basqın edib, saxlanan 1000 nəfər arasında azərbaycanlılar da var - FOTO - VİDEO

Polis Moskvanın “Sadovod” bazarına basqın edib, saxlanan 1000 nəfər arasında azərbaycanlılar da var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 avqust 2013 10:55 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatlarında 400 nəfərə yaxın xüsusi təyinatlı polis dəstəsi - OMON bazara basqın edib.

Bazar rəhbərliyi jurnalistlərə açıqlamasında artıq bazarın işləmədiyini, ərazinin bağlandığını bildirib. 1000 nəfərdən çox şəxs saxlanılıb. Onların hamısı avtobuslarla polis bölmələrinə aparılıb.

“Sadovod” bazarında azərbaycanlılar da çalışır. Saxlanılanlar arasında da azərbaycanlılar var.

Qeyd edək ki, Moskva polisi iyulun 27-də “Matveevski” bazarında 15 yaşlı qızı zorlamaqda şübhəli bilinən dağıstanlı Maqomed Maqomedovu saxlamaq istəyərkən 20-25 nəfərin hücumuna məruz qalıb. Nəticədə bir polis əməkdaşı başından ağır yaralanıb. Bu hadisədən sonra daxili işlər nazirinin əmri ilə bütün paytaxt bazarlarında miqrantlara qarşı “təmizləmə” əməliyyatı başlanılıb. Nəticədə 2000 nəfərdən çox miqrant saxlanılıb. Hətta onlar üçün Moskvanın şərqində yerləşən Qolyanovo rayonunda çadır şəhərciyi də salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR