Misirdə yenidən qarşıdurma yaranıb, ölənlər var

Misirdə yenidən qarşıdurma yaranıb, ölənlər var
# 16 avqust 2013 15:37 (UTC +04:00)

APA-nın “Al Jazeera” saytına istinadən verdiyi məlumata görə, hökumət və təhlükəsizlik strukturları vətəndaşlara aksiyalara çıxmamaq barədə xəbərdarlıq etsə də, cümə namazından sonra “Müsəlman Qardaşları” hərəkatının tərəfdarları M. Mursinin azadlığa buraxılması tələbi ilə küçələrə çıxıblar. Paytaxt Qahirədə məscidlərdən çıxan insanlar şəhərin mərkəzinə tərəf hərəkət etməyə başlayıb. Polis və ordu aksiyanı dağıtmağa çalışır.

Ölkənin şimalında aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda onlarla insan həlak olub. Damietta şəhərində 8 nəfərin həlak olması barədə məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR