Bakının Nərimanov rayonunda yol qəzası baş verib, avtomobillərdən biri işıqfora çırpılıb - FOTO - VİDEO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib, avtomobillərdən biri işıqfora çırpılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 13 dekabr 2013 22:11 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Nərimanov rayonu, Təbriz və Ağaoğlu küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza nəticəsində "KİA Sorento" ilə "Lexus Land Cruiser" markalı avtomobillər toqquşub.

Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsindən APA-ya verilən məlumata görə, hadisəyə səbəb hər iki avtomobilin sürücüsünün yol ayrıcındakı işıqforun yaşıl ışığında bir-birilərini gözləmədən hərəkət etmələri olub. Toqquşmanın təsirindən "KİA Sorento" yol kənarındakı işıqfora çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza ilə bağlı yolda tıxac yaranıb. Polis əməkdaşlarının səyləri ilə nəqliyyatın normal hərkətini bərpa etmək mümkün olub.

Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır. Qəzanın səbəbkarına gəlincə, o, "Təhlükəsiz şəhər" sisteminin kameraları vasitəsi ilə müəyyən olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR