Ərdoğan: “Suriya ilə bağlı məsələdə ABŞ və Türkiyə arasında heç bir fikir ayrılığı yoxdur” - YENİLƏNİB

Ərdoğan: “Suriya ilə bağlı məsələdə ABŞ və Türkiyə arasında heç bir fikir ayrılığı yoxdur” - <span style="color: red;">YENİLƏNİB
# 16 may 2013 20:30 (UTC +04:00)

Bakı-APA. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan qeyd edib ki Suriya ilə bağlı məsələdə ABŞ və Türkiyə arasında heç bir fikir ayrılığı yoxdur. APA-nın məlumatına görə, ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra keçirilmiş mətbuat konfransında baş nazir qeyd edib ki, Suriya məsələsi danışıqlarda əsas müzakirə mövzusu olub. Onun sözlərinə görə, tərəflər bu məsələ ilə bağlı öz mövqe və fikirlərini təqdim edib: “Suriyada qanlı münaqişəyə son qoymaq məsələsində Türkiyə və ABŞ arasında tam fikir birliyi var”.

Ərdoğan rəsmi Ankaranın Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinə İsrail hərbçilərinin hücumu nəticəsində həlak olan Türkiyə vətəndaşlarına görə Tel Əvivdən təzminat tələb etməsi məsələsi ilə bağlı qeyd edib ki, Türkiyə İsrail hökuməti ilə bu istiqamətdə danışıqları davam edir. Ərdoğan qeyd edib ki, onun iyunda Qəzzaya baş tutacaq səfəri Yaxın Şərq prosesinə, xüsusən də Fələstində barışıq prosesinə ciddi töhfə verəcək.

APA-nın "Haberler"ə istinadən verdiyi xəbərə görə, Kipr məsələsinə toxunan Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti indiki zamanda problemin həllində daha əlverişli zəmin olduğuna inanır və bu imkanın əldən verilməyəcəyinə ümid edir. Bölgə məsələləri kontekstində həmçinin Azərbaycan, Ermənistan, İran və Əfqanıstanla bağlı məsələlər də müzakirə olunub. Amerika prezidenti ilə Türkiyənin baş naziri arasında keçirilmiş danışıqlarda tərəflər həmçinin Afrikanın bir sıra ölkələrində baş verən hadisələrə də toxunub.

“Terrorla mübarizədə isə Türkiyə-ABŞ müttəfiqliyi bundan sonra daha intensiv şəkildə davam edəcək. Bu mövzuda müdafiə sənayesindəki əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub”, deyə baş nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR