Zaqatalada 23 il məhkumluq həyatı yaşayan şəxsdən külli miqdarda narkotik götürülüb - VİDEO

Zaqatalada 23 il məhkumluq həyatı yaşayan şəxsdən külli miqdarda narkotik götürülüb - <span style="color: red;">VİDEO
# 03 avqust 2013 14:33 (UTC +04:00)

Bakı-APA. Ömrünün 23 ilini məhkumluq həyatı yaşayan Zaqatala rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları «Xaşxaş - 2013» şərti adı altında narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində 1966-cı il təvəllüdlü, Zaqatala şəhər sakini Nəbiyev Eduard Hikmət oğlu rayon ərazisində şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun əlindəki politlen torbaya baxış zamanı, 4.095 kiloqram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Zaqatala RPŞ-dən bildirilib ki, Eduard Nəbiyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə iki dəfə olmaqla 7 il 5 ay, törətdiyi digər cinayət hadisələrinə görə ayrı-ayrı vaxtlarda 15 il 7 ay ümumilikdə isə 23 il məhkumluq həyatı yaşayıb. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR