Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu təmirə bağlanıb

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu təmirə bağlanıb
# 11 iyun 2013 13:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu fəaliyyətini dayandırıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, institutun fəaliyyətini dayandırması təmir işləri ilə əlaqədardır. Təmir işləri prezidentin Ehtiyat Fondundan ayrılmış maliyyə vəsaiti hesabına həyata keçirilir. İnstitut təmir işləri başa çatdıqdan sonra 2014-cü ilin əvvəllərində vətəndaşları istifadəsinə veriləcək. Təmir işləri ilə əlaqədar olaraq instituta xəstə qəbulu da dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR