Ötən il 255 min baş iribuynuzlu heyvan şmallenberq virusundan xilas edilib

Ötən il 255 min baş iribuynuzlu heyvan şmallenberq virusundan xilas edilib
# 30 yanvar 2014 14:51 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ötən il bunyavirus ailəsinə məxsus, üç virusun qarışığından yaranan şmallenberq virus xəstəliyi ilə bağlı 255 min başa yaxın iribuynuzlu heyvan sözügedən xəstəlikdən xilas edilib.

Dövlət Baytarlıq Xidmətindən (DBX) APA-ya verilən məlumata görə, xəstəlik ölkənin 42 rayonunda qeydə alınıb, 160 baş heyvanda tələfat olub, 213 baş heyvanda isə balasalma müşahidə edilib.

Ölüm halları yanaşı gedən, xüsusilə qan-parazitar xəstəliklərin təsirindən baş verib. Ölkədəki mövcud epizootik vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin 29.08.2013-cü il tarixli qərarı ilə 2013-cü ilin dövlət büdcəsinin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə 2 milyon 350 min manat vəsait ayrılıb. Bu vəsait hesabına baytarlıq mütəxəssisləri tərəfindən təfriqi laborator müayinələrinin və simptomatik müalicələrin aparılması, xüsusi təyinatlı nəqliyyat vasitələri ilə ekto və endoparazitlərə qarşı dezinfeksiya və dezinseksiya işlərinin həyata keçirilməsi məqsədilə, lazımı avadanlıq və vasitələr alınıb.

Büdcə vəsaiti hesabına alman bioloji preparat və diaqnostikumların saxlanması, daşınması zamanı lazımi temperatur rejiminin gözlənilməsi məqsədilə "Soyuq zəncir sistemi"nin tətbiqindən ötəri avtorefrijerator maşın, soyuducu kamera və digər zəruri vasitələrin alınmasına Nazirlər Kabinetinin 30 iyul 2013-cü il tarixli qərarı ilə 2013-cü il dövlət büdcəsinin Ehtiyat Fondundan 1,2 mln. manat vəsait ayrılıb, maşın və avadanlıqlar alınaraq respublikaya gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR