Şəmkirdə bıçaqlanma olub - VİDEO

Şəmkirdə bıçaqlanma olub - <span style="color: red;">VİDEO
# 03 mart 2014 07:59 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayonunda 22 yaşlı gənc özündən 25 yaş böyük həmkəndlisini bıçaqlayıb.

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində baş verib.

Kənd sakini, 47 yaşlı Qiyas Hüseynovla 22 yaşlı həmkəndlisi Ceyhun Abdullayev arasında mübahisə yaranıb. Mübahisə nəticəsində C.Abdullayev Q.Hüseynova bir neçə bıçaq zərbəsi vurub. Xəstə dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR