Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib - VİDEO

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib - <span style="color: red;">VİDEO
# 03 iyun 2014 08:24 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Naid Namiq oğlu Mirzəyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı, 19 yaşlı Zöhrab İlyas oğlu Məmmədova dəyib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Z. Məmmədov Lerik rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR