Hollandiyalı musiqiçi Bakıda konsert verəcək

Hollandiyalı musiqiçi Bakıda konsert verəcək
# 21 may 2013 13:27 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Tanınmış hollandiyalı orqanist və klavesinist Albert Jan Roelofs Bakıda konsert verəcək. Niderlandın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, sənətçi mayın 26-da Bakıda keçiriləcək Niderland orqan musiqisi gecəsində çıxış edəcək. Konsertdə İohann Sebastyan Bax və digər klassiklərin kompozisiyaları səslənəcək.

A. J. Roelofs müxtəlif beynəlxalq festivalların müntəzəm iştirakçısıdır. O, Bakıda ilk dəfə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR