Azərbaycanın proqram təminatı məhsulları bazarında yoxlamalara başlanılıb

Azərbaycanın proqram təminatı məhsulları bazarında yoxlamalara başlanılıb
# 27 dekabr 2013 09:16 (UTC +04:00)

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, yoxlama zamanı bir neçə sənədsiz şübhəli proqram təminatları aşkarlanaraq istintaq zamanı sübut kimi istifadə edilmək üçün götürülüb. Bu barədə BSA-nın (Business Software Alliance - proqram təminatı istehsalçılarının assosiasiyası) Azərbaycandakı səlahiyyətli nümayəndəsi Nəriman Ramazanov məlumat verib. Onun sözlərinə görə, Bakıda kompüterlərin satışı ilə məşğul olan mağazada aparılan yoxlama «piratçılıq» kimi tanınan qanunsuz lisenziya proqram təminatlarının satışının mövcudluğunu müəyyənləşdirib.

«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanuna əsasən, lisenziyasız proqram təminatının satışı həmin proqram təminatı istehsalçılarının müəlliflik hüququnu pozur və belə qanun pozuntusuna yer vermiş şəxslər potensial olaraq cinayət, inzibati və mülki məsuliyyətə cəlb oluna bilərlər», - deyə N.Ramazanov bildirib.

Beynəlxalq Məlumat Korporasiyasının (International Data Corporation) keçirdiyi araşdırmalara əsasən, Azərbaycanda proqram təminatı «piratçılığı» təxminən 87% səviyyəsindədir. Bu isə təxminən hər 10 kompüterdən 9-nun pirat proqram təminatı ilə yüklənməsi deməkdir. Bundan əlavə, lisenziyasız proqram təminatlarından istifadə müxtəlif zərərli və casus proqramlara qarşı informasiya təhlükəsizliyini təmin edə bilmir.

Həmçinin, dünyanın aparıcı biznes mərkəzləri tərəfindən aparılan araşdırmalara əsasən, Azərbaycan bazarında lisenziyalı proqram təminatına keçid, pirat proqram təminatına nisbətən iqtisadiyyata böyük xeyir gətirə bilər. Lisenziyalı proqram təminatının 1% artımı ÜDM-in təqribən 38 mln. dollar artmasına gətirir, halbuki pirat proqram təminatı bazarının 1% artımı yalnız 19 mln. dollar artıma səbəb olur. Bundan əlavə, lisenziyalı proqramlara xərclənən hər 1 dollar ÜDM-ə 380 dollar məbləğində investisiya gəliri əlavə edir. Müqayisə üçün qeyd edək ki, pirat proqram təminatına xərclənən 1 dollar yalnız 28 dollarlıq əlavə gəlirə bərabərdir.

N.Ramazanov növbəti aylarda da bu cür yoxlamaların artacağını istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR