Qax rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - VİDEO

 Qax rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 26 iyun 2014 07:23 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda iki maşının toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Qax rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yol qəzası iyunun 25-dən 26-na keçən gecə Qax şəhəri Natəvan küçəsində qeydə alınıb. Rayonun Qaxbaş kənd sakini, 1987-ci il təvəllüdlü Tərlan Fərman oğlu Bayramovun idarə etdiyi “Lada” markalı, 34 BC 843 dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Qurban Məmmədəli oğlu Süleymanovun idarə etdiyi “Mercedes” markalı, 10 TU 594 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində Tərlan Bayramov, onun sərnişinləri - Qax rayonunun İlisu kənd sakinləri - 1970-ci il təvəllüdlü Nüşabə Musa qızı Baharova, onun qızı 1996-cı il təvəllüdlü Bahar Elçin qızı Baharlı, Qax şəhər sakini, 1991-ci il təvəllüdlü Məryəm Məzahir qızı Eyvazova və Qax şəhər sakini Əntiqə Musa qızı Şıxamirova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Yaralıların vəziyyəti orta-ağır hesab edilir. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR