ABŞ Senatında Suriya ilə bağlı məxfi dinləmələr keçiriləcək

ABŞ Senatında Suriya ilə bağlı məxfi dinləmələr keçiriləcək
# 03 sentyabr 2013 03:03 (UTC +04:00)

Bakı-APA. Bu gün ABŞ Senatının xarici işlər komitəsində Suriyadakı münaqişəyə silahlı müdaxilənin məqsədəuyğunluğu müzakirə olunacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, senatorlar qarşısında dövlət katibi Con Kerri, Pentaqon rəhbəri Çak Heyqel və qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Martin Dempsi çıxış edəcək.

Sentyabrın 4-də isə Senatın sözügedən komitəsində Suriya məsələsi ilə bağlı məxfi dinləmələr keçiriləcək. Tam tərkibdə Senat və Nümayəndələr Palatası müzakirələrə sentyabrın 9-dan tez başlaya bilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR