Qorxmaz Hüseynov: “Bölgələrdə tətbiq etdiyimiz texnologiyaların çoxu özünü doğrultmur”

Qorxmaz Hüseynov: “Bölgələrdə tətbiq etdiyimiz texnologiyaların çoxu özünü doğrultmur”
# 10 aprel 2014 12:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Son illər Azərbaycanda əhalisinin su ilə təminatı sahəsinə böyük sərmayə qoyulub”.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda açılan II Xəzər Beynəlxalq Su Texnologiyaları (CATEC) sərgisində jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib.

Onun sözlərinə görə, ölkə başçısı vətəndaşların 24 saat fasiləsiz su ilə təmin olunması üçün xüsusi tapşırıq verib: “Bu işlərin həyata keçirilməsi üçün ölkənin hər yerində layihələr həyata keçirilir. Bəzən bölgələrdə elə bir problemlərlə üzləşirik ki, tətbiq etdiyimiz texnologiyaların çoxu özünü doğrultmur”.

Q.Hüseynov deyib ki, buna görə də həmin bölgələrin coğrafi mövqeyi, relyefi və yeraltı su mənbələrindən və götürülən suyun keyfiyyətindən, xarakterindən asılı olacaq texnologiyalar qurulmalıdır: “Azərsu” ASC-nin mütəxəssislərinin Azərbaycana gətirilən müasir texnologiyaları öyrənmək üçün əməli fəaliyyətə başlayıblar. Mütəxəssislər bunları öyrəndikdən sonra su sektorunda aparılan inşaat işləri zamanı bu texnologiyalardan istifadə edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR