Dini ədəbiyyatların satışı ilə bağlı proqram hazırlanır

Dini ədəbiyyatların satışı ilə bağlı proqram hazırlanır
# 24 may 2013 13:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Dini ədəbiyyat və əşyaların satışı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) xüsusi proqram hazırlanır.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə DQİDK sədri Elşad İsgəndərov bildirib.

Komitə sədri bildirib ki, bütün respublika üzrə dini əşyaların və ədəbiyyatların satış məntəqələrinə ehtiyac müəyyənləşdirilir və o ehtiyaca uyğun olaraq yaxın vaxtlarda tənzimləmə sənədləri, yəni icazə sənədləri imzalanacaq.

Komitə sədri dini ibadətgahların təmiri və bərpası istiqamətində dövlət səviyyəsində hazırlıq getdiyini də bildirib: “Sadəcə, bütün bu işləri eyni zamanda etmək mümkün deyil. Bu istiqamətdə planlı proqram əsasında iş aparılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR