Azərbaycanda Fransız İnstitutunda Məntəş Təpədəki arxeoloji qazıntıların nəticələrinə həsr olunan konfrans keçiriləcək

Azərbaycanda Fransız İnstitutunda Məntəş Təpədəki arxeoloji qazıntıların nəticələrinə həsr olunan konfrans keçiriləcək
# 13 sentyabr 2013 15:23 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sentyabrın 28-də Azərbaycanda Fransız İnstitutunda Tovuz rayonunda yerləşən Məntəş Təpədəki arxeoloji qazıntıların nəticələrinə həsr olunan konfrans keçiriləcək.

APA-nın xəbərinə görə, konfransda bu ilin iyul ayında olan qazıntıların nəticələri təqdim ediləcək. Bir kurqanda iki qadın skeletinin tapıldığı, onlardan birinin bahalı zinət əşyaları ilə bəzədildiyi, saçlarının qorunmuş vəziyyətdə olduğu açıqlanıb. Qadın skeleti təkərli iki taxta araba və bir neçə vaza ilə birlikdə aşkarlanıb. Bu tapıntıların Gürcüstanda tanınan, amma Azərbaycanda indiyə qədər naməlum olan Martkopi mədəniyyəti ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, 2008-ci ildən etibarən, fransız-Azərbaycan komandası Azərbaycanın Tovuz rayonunda yerləşən Məntəş Təpədə, regionda qədim mədəniyyətlərinin təkamülünü anlamaq və onların Mesopotamiya və Qafqazın digər regionları ilə əlaqələrini göstərmək məqsədilə arxeoloji qazıntılar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR