Azərbaycanın baş prokuroru Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycanın baş prokuroru Qusarda vətəndaşları qəbul edəcək
# 04 mart 2014 08:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanın baş prokuroru Zakir Qaralov Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul martın 14-də saat 11:00-da Qusar rayon prokurorluğunun inzibati binasında baş tutacaq. Baş prokurorun qəbuluna gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qusar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR