«Unibank» iki uduşlu lotereya keçirir

«Unibank» iki uduşlu lotereya keçirir
# 23 iyul 2013 09:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC bütün peşə sahibləri üçün güzəştli kreditlər kampaniyası ilə yanaşı iki lotereya oyunu da keçirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın müştəriləri yalnız kredit ödənişi zamanı deyil, depozit qoyuluşu zamanı da, əlavə gəlir əldə etmək imkanı qazanırlar.

Avqustun 31-dək davam edən «Kreditinizi ödəyin və qazanın» adlı tirajlı stimullaşdırıcı lotereya çərçivəsində «Unibank»a olan kredit ödənişlərini «Azərpoçt»un ölkə üzrə filiallarından, «MilliÖn» terminallarından və on-line formada (Unibank.az və Hesab.az saytlarında) həyata keçirən müştərilər, pul uduşları qazanmaq şansı əldə edəcəklər. Lotereyanın şərtləri bu müddətdə «Unibank» filiallarında və bankın «Cash-in»lərində aparılan kredit ödənişlərinə şamil edilmir.

Tirajda 50 lotereya iştirakçısı qalib elan ediləcək. Ümumi uduş fondu 5 000 manat təşkil edir. Hər qalib 100 manat pul uduşu əldə edəcək.

Bankda depozit hesabı açan müştəriləri də sürprizlər gözləyir. Avqustun 31-dək «Unibank»da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq. Lotereyada ən azı 12 ay müddətinə 100 AZN/USD/EUR məbləğində əmanət qoyan və ya mövcud əmanətin müddətini kampaniya ərzində ən azı 12 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/EUR həcmində əmanət bir şans kimi dəyərləndiriləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 manat, bir qalib isə 2013-cü il istehsalı olan «Chrysler 200 Touring 2.4» avtomobili qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR