Bakıda və Tovuzda yanğın baş verib

Bakıda və Tovuzda yanğın baş verib
# 08 iyun 2013 22:21 (UTC +04:00)

Bakı-APA. Bakıda və Tovuzda yanğın hadisəsi baş verib. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində 7 ha sahədə quru ot yanıb. Ərazidəki ağaclar və atcılıq mərkəzi yanğından mühafizə olunub.

Bundan başqa, Tovuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan köşkün kartondan ibarət tavanı 3 kv.m sahədə yanıb. Köşkün qalan hissəsi yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR