Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İtaliyanın avtomobil nəhəngi «Fiat» şirkəti ABŞ-ın «Chrysler» şirkətinin alınması ilə bağlı razılıq əldə edib. «Fiat» Amerika konserninin aktivlərinin qalan 42%-ni alacaq.
«APA-Economics»in məlumatına görə, bu razılaşma əldə edildikdən sonra «Fiat» dünyanın 7-ci ən böyük avtomobil istehsalçısı olacaq.
Xatırladaq ki, «Fiat» şirkəti «Chrysler»in aktivlərinin ilk hissəsini 2009-cu ildə əldə edib. Bu razılıq uzun müddət davam edən danışıqlardan sonra əldə olunub. Danışıqlar isə ABŞ-ın avtomobil istehsalçısı işçilərinin pensiya fondu olan VEBA ilə aparılıb.
Qeyd edək ki, «Chrysler» və «Fiat» ilkin olaraq bu Fonddan şirkətin səhmlərinin 41,6%-ni 3,65 mlrd. ABŞ dollarına alacaq. Razılıq əldə edildikdən sonra «Chrysler» şirkəti «Fiat»a 700 mln. dollar ödəyəcək. Şirkətlər arasında alış-veriş razılığı yanvarın 20-də tam yekunlaşacaq. İki şirkətin birləşməsi nəticəsində «Fiat» ABŞ avtomobil bazarına çıxış əldə edəcək. «Chrysler» isə kiçik qənaətcil avtomobillərin istehsalına başlaya bilər.
«Fiat» şirkəti «Chrysler»ə tam sahib olacaq
06 yanvar 2014 16:54 (UTC +04:00)
İnfrastruktur
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024