Gəncədə 56 yaşlı kişini ilan sancıb

Gəncədə 56 yaşlı kişini ilan sancıb
# 10 iyun 2014 10:28 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncənin avtovağzal ərazisində ilansancma hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1958-ci il təvəllüdlü Omelyanenko Andrey Nikolay oğlu ayaq nahiyyəsindən ilan sancma diaqnozu ilə xəstəxanaya daxil olub.

Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlum olub ki, A.Omelyanenko Gəncənin şərq istiqamətində yerləşən avtovağzal ərazisində gəzərkən ilan onu ayağından sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR