Azərbaycan Rusiyaya faraş tərəvəzçilik sahəsində əməkdaşlıq etməyi təklif edib

Azərbaycan Rusiyaya faraş tərəvəzçilik sahəsində əməkdaşlıq etməyi təklif edib
# 15 aprel 2014 09:35 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiya Federasiyasının Ulyanovsk vilayəti hökumətinin sədr müavini – kənd təsərrüfatı, meşə təsərrüfatı və təbii sərvətlər naziri Aleksandr Viktoroviç Çepuxin ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə veriən məlumata görə, görüşün əsas məqsədi kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrin müzakirəsi olub.

İ. Quliyev bildirib ki, Azərbaycan ilə Rusiyanın bu bölgəsi arasında əlaqələrin demək olar ki, qırx illik tarixi vardır. Nazir müavini kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin genişləndirilməsi məqsədilə Ulyanovsk vilayətinin iş adamları və təsərrüfat subyektləri ilə birbaşa əlaqələrin yaradılmasını təşviq etmək, hər iki tərəfin heyvandarlıq təsərrüfatlarında tətbiq edilən qabaqcıl texnologiyaları öyrənmək, üzümçülük, şərabçılıq və faraş tərəvəzçilik sahələri üzrə əməkdaşlığın genişləndirilməsini təklif edib.

A. Çepuxin hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensial imkanlara malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin aqrar sahədə əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini və bu əlaqələrin genişlənməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR