Zaqatalada ikinci qrup əlil intihar edib

Zaqatalada ikinci qrup əlil intihar edib
# 16 mart 2014 17:16 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada ikinci qrup əlil intihar edib. Zaqatala rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Zaqatala şəhəri, Sevil Qazıyeva 47 ünvanında qeydə alınıb.

Belə ki, Zaqatala şəhər sakini, 1952-ci il təvəllüdlü Həsəncuma Nəzir oğlu Muradov elektrik naqilini öz bədəninə sarıyıb, daha sonra naqilin ucunu elektrik cəryanına birləşdirib.

Həsəncuma Muradov evli və ikinci qrup əlil olub. Onun intihar etməsinin səbəbi bəlli deyil.

Fakla bağlı Zaqatala rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR